"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “əsas məqsəd məhz bu borcları bağlamaqla yeni layihələrin icrasına start verməkdir”

--2018-10-10 / 10:45

 Siyəzən rayonunda formalaşan 11 bələdiyyədən 6-nın bank hesabına əəSMN-i yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsi tərəfindən bank hesabına sərəncam qoyulub.

Bu barədə Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, Beşdam bələdiyyəsinin 1504 manat, Dağ Quşçu bələdiyyəsinin 3059 manat, Sədan bələdiyyəsinin 4012 manat, Yuxarı ələz bələdiyyəsinin 322 manat borcu vardır.

Üst-üstə Siyəzən bələdiyyələrinin borcu 9 min manata çatır.

Hazırda Siyəzən rayon bələdiyyəsinin, Zarat bələdiyyəsinin,Gilgilçay bələdiyyəsinin, Yenikənd bələdiyyəsinin DSMF-yə hər hansı borcu yoxdur.

Bununla bağlı məlumatı adçəkilən bələdiyyələrdə təsdiq ediblər.

əlaqə saxladığımız bələdiyyə sədrləri bu borcun 2003-2008-ci illər araında olduğu qeyd edilib. Bildirilir ki, bu gün bələdiyyə sədrlərinin əsas məqsədi məhz bu borcları bağlamaqla yeni layihələrin icrasına start verməkdir.

Belediyye.info

ŞƏRHLƏR